Sübh çağı Çavçavadze prospektində saxlanılan “Dəyişiklik
Koalisiyası”nın liderlərindən biri Zurab Caparidze sərbəst
buraxılıb.
Caparidze özü sosial şəbəkədə “Mən bayırdayam” yazıb və maşında
çəkilmiş şəklini paylaşıb.
Zura Caparidze bir neçə saat əvvəl Çavçavadze prospektində
saxlanılıb.
Saxlanılmadan əvvəl polis qüvvələri ilə etirazçılar
arasında qarşıdurma olub.
Siyasətçinin vəkili Vaxo Baramaşvilinin sözlərinə görə,
“Xüsusi təyinatlılar onu həbs etmək üçün Zurab
Caparidzenin ardınca bir kilometr yarım yol getməli
olublar”.