Zurabişvili: Qeyri-legitim baş nazirin gizli şəkildə Xarici İşlər Nazirliyinə daxil olması ayıbdır

Baş nazir İrakli Kobaxidzenin Gürcüstan Xarici İşlər Nazirliyinə səfəri ilə əlaqədar fəallar nazirliyə toplaşıblar.



Mitinq iştirakçıları “Gürcü arzusu” hökumətinin 2028-ci ilin sonuna kimi Avropa İttifaqı ilə üzvlüklə bağlı danışıqlara başlaması məsələsini gündəmə gətirməməsi qərarına qarşı çıxan nazirliyin əməkdaşlarına dəstəklərini bildiriblər.

Rəsmi məlumata görə, İrakli Kobaxidze yeni nazir Maka Boçorişvilini əməkdaşlara təqdim etmək üçün Xarici İşlər
Nazirliyində olub.
Nazirlikdən çıxan Kobaxidzeni mitinq iştirakçıları “Qul”, - deyə qışqıraraq qovublar.

“Ölkənin qeyri-legitim baş nazirinin gizli şəkildə Xarici İşlər Nazirliyinə daxil olması, guya işçilərlə görüşmüş kimi davranması ayıbdır!!!! Bu, Konstitusiyada qeyd olunduğu kimi, ölkənin xarici siyasətini təmsil etmək və müdafiə etmək vəzifəsi daşıyanların etirazına səbəb olmasa, ayıb olar!!!" - Gürcüstan prezidenti Salome Zurabişvili şəxsi Facebook səhifəsində yazıb.

Zurabişvilinin Facebook səhifəsində dərc olunan başqa bir yazıya görə, “Qanunsuz baş nazir Xarici İşlər Nazirliyinə gedib...Niyə? Yəqin ki, işçiləri hədələmək üçün: “yenidən təşkilatlanma adı ilə etiraza imza atan hər kəs işdən azad olunacaq”.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« იანვარი 2025 »»
3031 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 12