Məlumata görə, Xarici İşlər Nazirliyinin hökumətin
konstitusiyaya zidd qərarlarına etiraz edən əməkdaşlarını işdən
çıxmaq üçün ərizə yazmağa məcbur edirlər.
Güman edilir ki, eyni proses digər qurumlarda da baş verir.
Tanınmış fəal, hüquq müdafiəçisi Levan Tsutskiridze bu barədə
"Facebook"da yazır:
"Vətənpərvər dövlət qulluqçuları, sizə müraciət edirəm: belə
ərizələr yazmayın və işinizə davam edin. Əgər rəhbərliyin əmri ilə
işdən çıxarsanız, bunu şikayət edin. Biz və əminəm ki, digər hüquq
müdafiəçiləri də sizə bu məsələdə kömək
edəcəyik."
Onun sözlərinə görə, belə hallarla bağlı ictimaiyyətə açıq danışmaq
vacibdir ki, cəmiyyət və hüquq müdafiəçiləri adekvat reaksiya
versinlər:
"Siz özünü hakimiyyət adlandıranların qanunsuz
göstərişlərini yerinə yetirmək məcburiyyətində
deyilsiniz", – deyə Tsutskiridze qeyd edir.