Gürcüstan prezidenti Salome Zurabişvili Daxili İşlər Nazirliyi
Akademiyasının taktiki hazırlıq xidmətinin baş təlimatçısının
istefasına münasibət bildirərək, onu ilk qaranquş adlandırıb və
bildirib ki, bu fakt “repressiya aparatının süqutunun etibarlı
əlamətidir”. Prezident bu barədə “Facebook”da yazıb.
“Daxili İşlər Nazirliyindən ilk qaranquş peyda oldu!
Bu, repressiya aparatının dağılmasının bariz əlamətidir! Dövlət
sizsiniz ki, bütün qurumlarda və hansı vəzifədə olursunuzsa olun,
öz vətəninizi şəxsi karyera maraqlarınızdan üstün
tutursunuz!”, - prezident yazıb.
Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyi Akademiyasının
taktiki hazırlıq xidmətinin baş təlimatçısı Qiorqi Qabexadze
“Facebook”da yazaraq tutduğu vəzifədən istefa verdiyini
bildirib.
“Bu gün, 2024-cü il dekabrın 2-də mən ən çətin
qərarlardan birini verdim, lakin ağlım və daxili inamımın diktəsi
ilə ərizə ilə Gürcüstan Daxili İşlər Nazirliyinin Akademiyasının
rektoruna müraciət etdim ki, Gürcüstan Daxili İşlər Nazirliyinin
Akademiyasının taktiki hazırlıq xidmətinin baş təlimatçısı vəzifəsi
və Daxili İşlər Nazirliyi sistemindən azad olunum”, –
Qabexadze yazıb.