Polis İlya Dövlət Universitetinin mühazirəçisinin evində də axtarış aparır
Polislər İlya Dövlət Universitetinin mühazirıçisi Saba Cacanidzenin evində şahid və vəkil olmadan axtarış aparırlar.

“Saba Cacanidzenin mənzilində müstəntiqin qərarı (təcili zərurət) əsasında şahid və vəkil olmadan istintaq hərəkəti (mənzildə axtarış) aparılır. Vəkil gələnə qədər bunu canlı lentə aldım. Səba mənim dostum Ana Kvançilaşvilinin həyat yoldaşıdır”, – vəkil Tamar Qurçiani "Facebook"da yazır.


Bundan əvvəl Ana Kvançilaşvili yazıb
ki, mavi forma geyinmiş 5 nəfər anasının evinə gələrək qazı yoxlamalı olduqlarını deyiblər.

"Qapını açmırdı. Qırıb dağıdacağıq dedilər. Anam qapını açdı. Onları qorxu içində olan əkizlər qarşıladı. Sizə bu terrora görə son qoyacağam! dedilər. Evi tamamilə axtardılar və hər şeyi yoxladılar. Anamın ürək tutması var. Təcili yardım çağırdıq,” – deyə Ana Kvançilava yazır.

Bu gün səhər saatlarında polis müxalif siyasi partiyaların ofislərinə və fəalların evlərinə daxil olaraq axtarış aparıb. “Dəyişikliklər naminə koalisiyası"nın üzvləri Nika Qvaramiya və Gela Xasaya, “Dafion” gənclər hərəkatının lideri Zviad Tsetsxladze və “Milli Hərəkat”ın üzvləri həbs edilib.
Mənbə: Netgazeti

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« იანვარი 2025 »»
3031 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 12