Tbilisidə, Azadlıq Meydanı yaxınlığında dünya çempionu, güləşçi
David Datunaşvili saxlanılıb.
O, hazırda "Dəyişikliklər naminə Koalisiyası"nı təmsil edir və
"Axali" Partiyasının üzvüdür.
Aleko Elisaşvili, "Vətəndaşlar" Partiyasının liderinin də
saxlanılması ilə bağlı xəbərlər yayılır.
Azadlıq Meydanında yerləşən "Courtyard Marriott" otelində müxalifət
üzvləri toplanmışdı. Onların toplantısı zamanı otel yaxınlığında
həm polis, həm də xüsusi təyinatlı qüvvələr və maskalı
təhlükəsizlik
əməkdaşları səfərbər edilmişdi. Ərazidə Xüsusi
Tapşırıqlar Departamentinin rəhbəri Zviad Xarazişvili də mövcud
idi. Hadisə yerində olan insanlar və jurnalistlər bildirirlər ki,
hakimiyyət təxribatlar üçün xüsusi olaraq "tituşkaları"
(təxribatçılar) da səfərbər edib.