Blinken: ABŞ Gürcüstan hakimiyyətinə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
ABŞ Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirlər, o cümlədən əlavə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Bunu ABŞ dövlət katibi Entoni Blinken çərşənbə günü yaydığı yazılı açıqlamada bildirib.

“Birləşmiş Ştatlar “Gürcü arzusu” partiyasının Gürcüstan vətəndaşlarına, nümayişçilərə, media və müxalifət nümayəndələrinə qarşı amansız və əsassız zorakılığını qətiyyətlə pisləyir. Biz “Gürcü Arzusu”nu tənqidçiləri susdurmaq üçün heç bir fərq qoyulmadan həbslər və
fiziki zorakılıq da daxil olmaqla repressiv taktikasını dayandırmağa çağırırıq. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan vətəndaşların xəsarət alması ilə bağlı xəbərlər bizi xüsusilə narahat edir. İfadə və toplaşmaq hüququna görə həbs edilən insanlar dərhal azad edilməli, qanunsuz güc tətbiq edənlər tam məsuliyyətə cəlb edilməlidir.

ABŞ gürcü xalqı və onun demokratik istəkləri ilə həmrəydir. Gürcüstanda demokratik proseslərə və ya institutlara xələl gətirənlər, o cümlədən Gürcüstan vətəndaşlarının dinc toplaşmaq və ifadə hüquqlarını məhdudlaşdıranlar məsuliyyətə cəlb olunacaqlar. İkitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsi ilə yanaşı, Birləşmiş Ştatlar indi bizim ixtiyarımızda olan vasitələrdən, o cümlədən əlavə sanksiyaların tətbiqindən istifadə etməyə, bundan əlavə, daha əvvəl elan etdiyimiz ikitərəfli əməkdaşlığın nəzərdən keçirilməsinə hazırlaşır”,
– Blinken bildirib.

Onun fikrincə, Gürcüstan hakimiyyəti dinc toplaşmaq və ifadə azadlığı hüquqlarından istifadə etdiklərinə görə saxlanılanları dərhal azad etməli, qanunsuz güc tətbiqində günahkar olan məmurlar məsuliyyətə cəlb olunmalıdır.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« იანვარი 2025 »»
3031 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 12