Ukrayna "Gürcü Arzusu" hakimiyyətinə qarşı sanksiyalar hazırlayır – Zelenski
Prezident Vladimir Zelenski Ukraynanın Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar hazırladığını deyib.

Zelenski bunu xalqa müraciəti zamanı bildirib.

O, həmçinin, Gürcüstan hakimiyyətinin bu gün Gürcüstanın yox, Moskvanın xeyrinə işlədiyini deyib.

“Gürcüstanda baş verənlər təkcə bizim regionun deyil, bir çox xalqların problemidir. Gürcüstanın indiki hakimiyyəti ölkəni Rusiyadan asılı vəziyyətə gətirir. Onların öz xalqına qarşı etdikləri sadəcə ayıbdır. Moskvanın
bu hakimiyyəti alqışlaması onların Tbilisidə kimə işlədiyini və kimə görə mitinqləri dağıtdığını açıq şəkildə göstərir.

Onlar bunu Gürcüstanın maraqları üçün etmirlər. Biz hüquqi cavabımızı hazırlayırıq, avropalılarla və digər tərəfdaşlarla konkret hərəkətlər üzərində işləyirik. Mən müvafiq sanksiya qərarlarını hazırlamağı tapşırmışam”,
- deyə o, açıqlamasında bildirib.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« იანვარი 2025 »»
3031 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 12