Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna
Bidzina İvanişviliyə və "onunla əlbir olan 19 nəfər tərəfdaşına"
qarşı sanksiyalar tətbiq edib.
Zelenskinin sözlərinə görə, müvafiq qərarı o, bu gün, 5 dekabr
səhəri imzalayıb.
Ukrayna Prezidenti səhər müraciətində deyib:
"Bu sanksiyalar Gürcüstanın hazırkı hökumətinin bir hissəsinə
yönəlib, hansı ki, Gürcüstanı Putinə tabe etdirir.
Gürcüstanda buna qarşı
etiraz aksiyaları keçirilir.
İndi tərəfdaşların öz mövqelərini açıq şəkildə ifadə etməsi, baş
verənləri səmimi şəkildə açıqlaması vacibdir.
Siz hərəkət etməlisiniz.
Beynəlxalq münasibətlərdə belədir: Əgər vaxtında və prinsipli
şəkildə reaksiya göstərməsəniz, onilliklər itir və ölkələrin
azadlıqları əllərindən alınır.
Regionda heç kimi itirmək olmaz: Nə Gürcüstanı, nə Moldovanı, nə də
Ukraynanı. Biz özümüzü birlikdə Moskvadan qorumalıyıq.
Ukrayna Bidzina İvanişviliyə və onunla əlbir olan 19 nəfərə –
Gürcüstanı və gürcü xalqının maraqlarını satanlara sanksiyalar
tətbiq edib.
Avropanı, ABŞ-ı və dünya ölkələrini də eyni şəkildə davranmağa –
prinsiplərə uyğun hərəkət etməyə çağırırıq.
Eşq olsun Ukraynaya!"