Kərbəla – qiyam, etiraz, fədakarlıq – Elnur Nazim
Publisist Elnur Nazim son günlər ölkədə və bölgələrdə baş verənlərlə bağlı "Gündəlik Gürcüstan"nın "Facebook" səhifəsində yazısı dərc olunub. O, yazısında din xadimlərinə və cəmiyyətə müraciət edib. Həmin yazını olduğu kimi sizə təqdim edirik.

"Bu gün əyri ilə düzün, danışan ilə susanın, haqq ilə nahaqqın, ağ ilə qaranın tərəziyə qoyulduğu vaxtda, insanları şəxsi həyat seçimi ilə vuramağa
çalışanlar və bunu çox əxlaqi addım kimi cəmiyyətə sırıyanlar nəticə çıxarmağa tələsməsin. Onlara sualım var:

Hörmətli Axundlar, Hacılar, Məşədilər, Kərbəlailər və onlara inananlar: əgər bu gün iddia edirsinizsə ki, İmam Hüseynin davamçılarısınız aşağıda qeyd edəcəyim məqamlar ətrafında bir az düşünməyinizi rica edəcəm.

Əgər deyirsinizsə ki, biz Hüseynin davamçılarıyıq və onun mübarizəsinin təmənnasız əsgərləriyik niyə ölkədə baş verən bu qədər ədalətsizliyə göz yumursunuz?

Əgər gənc və işiqlı bir həmvətənimiz bu gün məhz etiraz aksiyasında durub öz haqqlarını tələb etdiyi üçün həbs olunursa, və "ay tatar sənin nə işin var burda, get haqqını Əliyevdən tələb et" kimi təhqiramiz ifadələrlə döyülürsə, işgəncə verilirsə və buna yüksək səslə etiraz etmirsinizsə sizsiniz daha çox Hüseynçi yoxsa buna etiraz edənlər?

O, həmən Hüseyn idi ki, bütün var-dövlət, qanun, ordu, saraylar əlində olduğunu bildiyi halda Yezidlə 72 nəfərlə mübarizəyə qalıxdı. O, həmən Hüseyn idi ki, xeymədə şamı söndürərək tərəfdarlarına : "kim getmək istəyir getsin, mən heç kimi məcbur etmirəm" deyərək 7 ci əsrdə demokratiyanın mükəmməl nümunəsini nümayiş etdirdi İraq kimi sivilizasiyadan geridə qalmış coğrafiyada.

O, həmən Hüseyn idi ki, 3 aylıq susuz körpəsi boğazından oxlanarkən uşağı əlində tutub Yezidin ordusuna üzünü çevirərək demişdi ki "mən bilirəm sizdə heç bir insaf yoxdur, sadəcə bu uşağı görsədirəm ki, tarix şahid olsun". Bəli, tarix həqiqətən də heç nəyi unutmur. Nəinki unutmur, tarixin çox ağır mühakiməsi var həm də. Təsadüfi deyil ki, biz bu gün Kərbəla qiyamından danışarkın haqlı tərəf kimi məhz Hüseyni və onun mübarizəsini görürük.

İndi durub əxlaq, təmizlik dərsi keçirsiniz və bununla vicdanınızı rahatlaşdırmağa çalışırsınız. Bilin ki, alınmır. Kənardan çox miskin görsənir.

Kərbəlanın strukturunu başdan - ayağa etiraz təşkil edir. Ədalətsizliyə etiraz, saxtakarlığa etiraz, vəzifə, rütbə, şan -şöhrət və bunların hamsına sahib olmaq üçün ətrafında baş verən bu qədər haqsızlığa göz yummaq heç vaxt Hüseynçilik olmayıb və olmayacaq. Əgər bu gün hardasa bir zəif məhz zəif olduğuna görə əzilirsə; əgər bu gün hardasa bir səs, haqlı səs olduğu üçün kəsilirsə; əgər bu gün bir nəfər belə olsa etiraz edirsə Hüseyn məhz ordadır. Buna şübhəniz olmasın. Necə ki, Zeynəb - meydanda öldürülən oğlanlarını hüzuruna gətirilərkən çadırdan eşiyə çıxmamış və demişdi: "biz Allah yolunda verilən qurbanlarımızı geri qəbul etmirik". Necə gözəl ifadədir. Bu günün qurbanlarını necə gözəl ifadə edir bu cümlə. Doğurdan da elədir. Bu günün mübarizəsi məhz Allah yolunda mübarizədir. Çünki bu gün səsin çıxmasa, sabah bağırsan da səni heç kim eşitməyəcək.

Baş üstə ya Hüseyn. Biz səninləyik!"



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« იანვარი 2025 »»
3031 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 12