İqtisadiyyat nazirinin keçmiş müavini Nikoloz Alavidze və oğlu Vako
Alavidze dekabrın 7-də həbs edilib.
Nikoloz Alavidze 2019-cu ildə iqtisadiyyat nazirinin müavini
vəzifəsini tutub, Vako Alavidze isə "Gürcüstan Bankı"-nın
əməkdaşıdır.
"Gürcüstan Bankı" Vako Alavidzenin həbsi ilə bağlı bəyanat
yayıb.
“Bizim komandamızın üzvü Vako Alavidze dünənki aksiyada həbs
edilib. "Gürcüstan Bankı"-nın vəkilləri yerində onun yanındadırlar
və hüquqlarını qorumaq,
mümkün qədər tez azadlığa çıxması üçün hər
şeyi edirlər. Etirazçılara qarşı zorakılıq bizim üçün qəti şəkildə
qəbuledilməzdir! Gürcüstan Bankı üçün Avropaya inteqrasiya yolunun
alternativi yoxdur!
“Publika”-nın çəkdiyi kadrlarda Nikoloz Alavidzenin həyat yoldaşı
Natia Qoqiçaişvilinin polis nümayəndələrindən ərini və oğlunu həbs
etməməyi necə xahiş etdiyi görünür.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415