DİN: Tbilisidə və regionlarda silah və döyüş sursatı götürülüb, 9 nəfər həbs olunub

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, son dövrdə aparılan istintaq tədbirləri nəticəsində Tbilisi və regionlarda qanunsuz odlu silahlar və döyüş sursatı aşkar edilərək götürülüb, 9 nəfər həbs olunub. Cinayət törədənlər üçün cəza 7 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.



Nazirliyin verdiyi məlumata əsasən, Tbilisidə 1988-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş İ.N. həbs edilib.

"Polis əməkdaşları
məhkəmə qərarı əsasında təqsirləndirilən şəxsin yaşayış evinə baxış keçirib və sübut kimi tapança, daraq və 12 güllə götürüb,"
–  bəyanatda deyilir.

Kaxetidə 4 nəfər həbs edilib: 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş D.B., 1979-cu il təvəllüdlü Z.M., 1974-cü il təvəllüdlü D.Ş. və 1973-cü il təvəllüdlü E.V.

"Polis tərəfindən keçirilən axtarış nəticəsində sübut kimi 3 odlu tapança, avtomatik silah, kəsilmiş ov tüfəngi, 4 daraq, 77 güllə və 1 əl qumbarası götürülüb," – DİN bildirib.

Acarada 1976-cı il təvəllüdlü, xarici ölkə vətəndaşı A.O. həbs olunub. DİN-in məlumatına görə, onun şəxsi əşyalarına və müvəqqəti yaşayış yerinə baxış zamanı sübut kimi odlu tapança, 41 güllə və daraq aşkar edilərək götürülüb.

Eyni zamanda, DİN bildirir ki, departamentin əməkdaşları əvvəlki cinayətlərə görə dəfələrlə məhkum olunmuş, 1972-ci il təvəllüdlü O.E.-ni həbs edib. Onun şəxsi axtarışı zamanı odlu silah, 15 güllə və daraq götürülüb.

DİN-dən verilən məlumata əsasən, Marneulidə xarici ölkə vətəndaşı, 2001-ci il təvəllüdlü D.H.-nin müvəqqəti yaşayış yerinə baxış keçirilib və sübut kimi odlu tapança, 10 güllə və daraq götürülüb.

Nazirlik əlavə edir ki, Şida Kartli Polis Departamentinin detektiv idarəsinin əməkdaşları 1984-cü il təvəllüdlü G.A.-nı həbs edib. Onun şəxsi axtarışı zamanı sübut kimi odlu tapança, daraq və 15 güllə götürülüb.

Qanunsuz odlu silah və döyüş sursatının alınması, saxlanılması və daşınması faktları ilə bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələrinə əsasən aparılır.
Mənbə: Publika

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google