Marneuli yerli özünüidarəsi birləşdirilmiş tender çərçivəsində
meriyanın balansında olan nəqliyyat vasitələrinin sığortası üçün
“Alfa Sığorta Şirkəti” ilə müqavilə imzalayıb.
Marneuli meriyası ilə “Alfa” sığorta şirkəti arasında bağlanmış
müqaviləyə əsasən, 2025-ci il ərzində meriyanın balansında olan 24
nəqliyyat vasitəsi sığortalanacaq.
“Alfa” şirkəti sıradan çıxmış avtomobillərin xərclərini aşağıdakı
hallarda təmin edəcək:
- Sığortalanmış nəqliyyat vasitəsinin hərəkətdə
olub-olmamasından asılı olmayaraq, baş vermiş yol-nəqliyyat
hadisəsi (yol-nəqliyyat hadisəsinin kimin tərəfindən
törədilməsindən asılı olmayaraq);
- Nəqliyyat vasitəsinin və ya onun ayrı-ayrı hissələrinin
itirilməsi (o cümlədən oğurluq/quldurluq/soyğunçuluq/qaçırmağa cəhd
nəticəsində);
- Təbii fəlakətlərin, xüsusən də zəlzələlər, daşqınlar,
güclü qar yağışları, uçqunlar, qasırğalar, tufanlar, sel, ildırım,
sürüşmə, dolu və ya dağıntılara səbəb olan hər hansı qəfil hadisə
nəticəsində yaranan təsirlər;
- Yanğın, partlayış, hər hansı əşyanın düşməsi/yıxılması,
vandalizm;
- Üçüncü şəxsin qanuna zidd hərəkəti;
- Naməlum səbəbdən avtomobilin zədələnməsi.
Marneuli yerli özünüidarəsi avtomobillərin sığortalanması üçün bir
il ərzində “Alfa” şirkətinə 22 776 lari 68 tetri ödəyəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415