Yanvarın 16-da Azərbaycan və Ermənistan arasında sərhəddə
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş
nazirinin müavini Mher Qriqoryanın
sədrliyi altında Azərbaycan ilə Ermənistan arasında dövlət
sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan
ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd
təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü
keçirilib.
Bu barədə Azərbaycan ilə Ermənistan arasında dövlət
sərhədinin
delimitasiyası üzrə komissiyaların 11-ci görüşünün nəticələrinə
dair mətbuat açıqlamasında deyilir.
Açıqlamada qeyd edilir ki, görüş zamanı tərəflər növbəti mərhələdə
delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin
sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir
mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə
kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan
və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub
istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə
sərhədinə qədər başlanması barədə razılığa gəliblər.
“Həmçinin tərəflər delimitasiya işlərinin görülməsi
qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.
Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi
qaydada müəyyən etmək barədə razılığa gəliblər”, –
xəbərdə qeyd edilir.
2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət
sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının səkkizinci
görüşündə tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində
1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar.
Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində
təsbit etmək barədə razılığa gəliblər. Tərəflər Əsasnaməni təsdiq
etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər
hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə
delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.
Ötən ilin mayında delimitasiya işləri nəticəsində 12,7 kilometr
uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın
Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara,
Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kvadrat kilometr)
Azərbaycana qaytarılması təmin edilib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti isə bildirib ki, mayın
24-dən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd
qoşunları Ermənistanın dövlət sərhədinin Tavuş vilayətində Berkaber
qəsəbəsi yaxınlığında 1,9 kilometr, Voskepar və Bağanis yaşayış
məntəqələri yaxınlığında 4,9 kilometr uzunluğunda hissələrinin
mühafizəsini rəsmən öz üzərinə götürüb.
Bildirilir ki, 2024-cü il iyulun 24-dək həmçinin Kirants kəndi
ərazisində dövlət sərhədinin 5,8 kilometrlik hissəsinin
mühafizəsinə keçid həyata keçirilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415