Pakistanda məhkəmə korrupsiya işi üzrə keçmiş baş nazir İmran Xan
və onun xanımı Buşra Bibi barədə hökm çıxarıb.
Pakistanın eks-baş naziri korrupsiya ittihamını rədd edir.
Məhkəmənin qərarı ilə İ.Xan 14 il, B.Bibi isə 7 il azadlıqdan
məhrum edilib.
Hər iksi İ.Xan hakimiyyətdə olarkən çirkli pulların yuyulması
müqabilində biznes-maqnatı Malik Riazdan torpaq hədiyyə almaqda
təqsirli
biliniblər. İttiham tərəfi bu korrupsiya işi üzrə ümumi
məbləğin 190 milyon Britaniya funt sterlinqi (240 milyon ABŞ
dolları) olduğunu iddia edir.
72 yaşlı keçmiş kriket ulduzu və siyasətçi İ.Xan 2018-2022-ci
illərdə Pakistanın baş naziri olub. O, bir ildən çoxdur ki,
həbsdədir. 150-dən çox cinayət ittihamı ilə üzləşsə də, İ.Xan
Pakistan xalqı arasında böyük populyarlığa malikdir.
O və Təhrik-e-İnsaf (PTI) partiyası bu cinayət işlərinin siyasi
motivli olduğunu bəyan ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415