Biletsiz səyahətə görə yazılan cərimələr 3 milyon laridən çoxdur

2024-cü ildə biletsiz səyahətə görə yazılan cərimələr 3 060 175 lari təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 150 922 lari çoxdur.


Maliyyə Nazirliyinin Gürcüstanın Vahid Büdcəsinin (konsolidasiya olmadan) gəlirlərinə əsasən, 2023-cü ilin yanvar-dekabr aylarında yuxarıda göstərilənlərə görə 2 909 253 lari məbləğində cərimə tətbiq edilib.

Məlumat üçün bildirək ki, Tbilisidə
bələdiyyə nəqliyyatı ilə, xüsusən də avtobuslarla biletsiz gediş-gəliş üçün 20 lari cərimə tətbiq edilir. Əgər şəxs 30 gün ərzində cəriməni ödəməsə, 40 lari məbləğində cərimə tətbiq olunacaq. 4 iyul 2019-cu il tarixindən etibarən cərimənin məbləği artıb, əvvəllər biletsiz sərnişinlər yalnız 5 lari cərimə olunurdu.

Mənbə: BPN

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google