Batumi, "Arzular Şəhərində" faciə: iki uşaq su dolu xəndəyə düşüb
15 fevral tarixində Batumidə, “Arzular Şəhərində” iki uşaq su ilə dolu xəndəyə düşüb. İlkin məlumata görə, uşaqlar bir neçə saatlıq axtarışdan sonra tapılaraq xəstəxanaya aparılıblar, lakin həkimlər onların həyatını xilas edə bilməyiblər.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 116-cı maddəsi (ehtiyatsızlıqdan ölümə səbəb olma) üzrə başlanılıb. Bu maddə altı aydan iki
ilədək ev dustaqlığı və ya iki ildən dörd ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Əgər eyni hərəkət iki və ya daha çox şəxsin ölümünə səbəb olarsa, cəza üç ildən beş ilədək azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.

Faciədən sonra bu gün Acaranın qeyri-legitim hökumətinin iqtisadiyyat naziri Caba Futkaradze hadisə yerində görünüb. O, ərazidə təhlükəsizlik tədbirlərinin niyə təmin olunmadığı sualına cavab olaraq bildirib ki, bu, tikinti sahəsi deyil və ikinci mərhələ üzrə tikinti işləri aparılacaq ərazidən uzaqda yerləşir. Lakin vətəndaşın, “əgər belədirsə, nəyə görə hasarlanmamış ərazidə ekskavatorlar işləyirdi?” sualına cavabında, “hazırlıq işləri aparılır” deyə bildirib.

Batumidə, "Arzular Şəhərində" tikintinin ikinci mərhələsi çərçivəsində "tikinti təməlqoyma mərasimi" 8 fevral tarixində baş tutub. Tədbirdə qeyri-legitim baş nazir İrakli Kobaxidze və Acaranın qeyri-legitim hökumətinin sədri Tornike Rijvadze iştirak ediblər. Bu tədbir üçün Acaranın büdcəsindən 209 min lari xərclənib.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google