Kəndlərə dəstək proqramı çərçivəsində Marneulinin kəndlərində
məsləhətləşmələr və ümumi yığıncaqlar başa çatıb.
Marneuli bələdiyyəsinin 77 kəndində ümumi yığıncaqlar fevralın
10-da başlayıb və fevralın 21-dək davam edib.
Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli”
Radiosuna verilən məlumata görə, plana uyğun olaraq kənd görüşləri
və məsləhətləşmələr keçirilib, heç bir kənddə təkrar görüşə ehtiyac
olmayıb.
Kəndlərə Dəstək Proqramı çərçivəsində vətəndaşlar
istədikləri
layihələrə dəstək verə bilərdilər. Meriyanın İctimaiyyətlə Əlaqələr
Şöbəsindən bildirirlər ki, kəndlərin seçdiyi layihələrlə bağlı
məlumat xüsusi yaradılmış işçi qrupları işlərini yekunlaşdırdıqdan
sonra ictimaiyyətə açıqlanacaq.
Kəndlərə Dəstək Proqramı çərçivəsində Marneuliyə 1 232 000 lari
ayrılıb. Məbləğ kəndlərə əhalinin sayına uyğun olaraq bölünüb.
29 kənd üçün mərkəzi büdcədən 20 000 lari ayrılıb. 25 kəndə 16 000
lari, 11 kəndə 12 000 lari, 12 kəndə isə 10 000 lari ayrılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415