Marneuli yerli özünüidarəsi Saimerlo kəndində 1 431 737 lariyə
tikilmiş Ayinlər Evinə 60 000 lariyə mərkəzi istilik sistemi
çəkməyi nəzərdə tutur.
Marneuli meriyası bələdiyyənin 3 kəndində binalarda mərkəzi istilik
sistemlərinin quraşdırılması üçün tələb olunan layihə və smeta
sənədlərinin hazırlanması xidmətlərinin alınması ilə bağlı 11 200
lari dəyərində tender elan edib.
Tender təklifinə əsasən, Saimerlo kəndində çoxfunksiyalı binada,
Tsereteli və Xocorni kəndlərində isə inzibati ərazi vahidinin
binasında mərkəzi istilik sistemi quraşdırılacaq.
Smeta sənədlərinə əsasən, kəndlərdə aparılan işlərin təxmini dəyəri
belədir:
- Marneuli Bələdiyyəsinin Saimerlo kəndində çoxfunksiyalı
binada yeni mərkəzi istilik sisteminin quraşdırılması (qazanxananın
tikintisi də daxil olmaqla) – 60 000 lari
- Marneuli Bələdiyyəsi, Tsereteli kənd inzibati ərazi
vahidliyi binasında yeni mərkəzi istilik sisteminin quraşdırılması
(qazanxananın tikintisi daxil olmaqla) – 50 000 lari
- Marneuli Bələdiyyəsinin Xocorni kənd inzibati ərazi
vahidliyi binasında yeni mərkəzi istilik sisteminin quraşdırılması
(qazanxananın tikintisi daxil olmaqla) – 50 000 lari
Qeyd edək ki, Marneuli Bələdiyyəsinin Saimerlo kəndində Ayinlər
Evinin tikintisi 2024-cü ilin əvvəlində başa çatdırılıb. Marneuli
Bələdiyyəsinin yerli özünüidarəsi 12 oktyabr 2022-ci il tarixində
“Giko” MMC ilə 1 301 599 lari 81 tetri dəyərində müqavilə
imzalayıb.
2023-cü il martın 10-da müqavilədə dəyişikliklər edilib, meriya
binanın tikintisi üçün şirkətə əlavə vəsait ayırıb. Dəyişdirilmiş
müqaviləyə əsasən, “Giko” MMC 1 431 737 lari və 81 tetri dəyərində
iş görüb.
Saimerlo Ayinlər Evinin tikintisi bir ildir başa çatsa da, zal hələ
də fəaliyyət göstərmir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415