Tbilisi meri və "Gürcü Arzusu"nun baş katibi Kaxa Kaladze bildirib
ki, istənilən vaxt narkoloji testdən keçməyə hazırdır.
Bu sözlərlə o, "Lelo – Güclü Gürcüstan" partiyasının liderlərindən
biri olan Saba Buadzenin bəyanatına cavab verib.
"İstənilən vaxt! Ancaq Saba Buadze ilə bağlı mənim öz
mövqeyim var. Bu məsələdə tamamilə başqa bir siyasətçinin fikrini
bölüşürəm. Mən Qaxaria deyiləm
ki, qaçıb gizlənim?!"
– deyə Kaladze bildirib.
Bundan əlavə, Kaladze "Gürcü Arzusu"nun elan etdiyi
narkopolitikanın sərtləşdirilməsi məsələsinə də toxunub və
vurğulayıb ki, partiyanın məqsədi narkotik asılılığından əziyyət
çəkən insanlara kömək etməkdir.
"Bu sahədə bir sıra problemlər mövcuddur. Biz elə bir
islahat həyata keçirmək istəyirik ki, insanlara kömək edək və
onlara yeni imkanlar yaradaq. Məsələn, sağlam həyat tərzini təşviq
edək, narkotik asılılığı olan insanlara dəstək olaq və onların
yanında olaq. Ümumiyyətlə, cəmiyyətdə narkotiklərə qarşı münasibət
dəyişməlidir" – deyə Kaladze qeyd edib.
Xatırladaq ki, "Lelo – Güclü Gürcüstan" partiyasının liderlərindən
biri olan Saba Buadze "Gürcü Arzusu" nümayəndələrini narkoloji
testdən keçməyə çağırıb. O bildirib ki, məcburi narkoloji yoxlama
qaydalarına dəyişiklik etməzdən əvvəl, "Gürcü Arzusu"nun üzvləri
özləri testdən keçməli və nəticələri ictimaiyyətə təqdim
etməlidir.
"Mən onlara tövsiyə edirəm ki, bu prosesə ilk olaraq
"Gürcü Arzusu"nun baş katibi Kaxa Kaladzedən
başlasınlar," – deyə Saba Buadze qeyd edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415