Ümid edirik ki, Rusiya konstruktiv cavab verəcək – Ərdoğan 30 günlük atəşkəs barədə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna və ABŞ-ın Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda razılığa gəldiyi 30 günlük atəşkəs təklifini dəstəklədiyini bildirib.

Ərdoğan, Ukraynanın atəşkəsə razılaşmaq qərarını "müsbət və vacib addım" adlandırıb və Rusiyanın bu təşəbbüsə konstruktiv cavab verəcəyinə ümid etdiyini bildirib.

Bu barədə o, 12 martda Ankarada Polşanın Baş naziri Donald Tusk ilə görüşdən sonra açıqlama
verib:

"İndi biz ümid edirik ki, Rusiya bu addıma konstruktiv cavab verəcək", – deyə Ərdoğan vurğulayıb.

Bundan əlavə, Türkiyə Prezidenti Ankaranın Kiyev və Moskva arasında mümkün danışıqlara dəstək verməyə hazır olduğunu təsdiqləyib və bildirib ki, ədalətli və uzunmüddətli sülhün təmin edilməsinə hər cür töhfə verməyə hazırdırlar.

11 martda Səudiyyə Ərəbistanında keçirilən görüşdən sonra Ukrayna, əgər Rusiya də eyni addımı atarsa, dərhal 30 günlük atəşkəsə razılaşacağını açıqlayıb.

ABŞ Dövlət katibi Marko Rubio isə bildirib ki, indi qərar vermək Rusiyanın üzərinə düşür.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google