Etnik azlıqların məskunlaşdığı regionlarda məktəbəqədər təhsil hələ də əlçatmazdır: Xalq Müdafiəçisi
Gürcüstanın Xalq Müdafiəçisi tərəfindən dərc edilmiş hesabata əsasən, erkən və məktəbəqədər təhsil istiqamətində, xüsusən də etnik azlıqların məskunlaşdığı regionlarda ərazi əlçatanlıq problem olaraq qalır. Hesabatda Bolnisi, Tsalka və Tetritskaro bələdiyyələri, onların erkən, məktəbəqədər təhsilə çıxış imkanları baxımından qarşılaşdıqları problemlər müzakirə olunur.

“Erkən və məktəbəqədər təhsil kontekstində müvafiq qurumların ərazi əlçatanlığı da problemlidir. Bunu milli azlıqların sıx məskunlaşdığı bəzi

kəndlərdə uşaq bağçalarının olmaması göstərir. Məsələn, Bolnisi bələdiyyəsində etnik azlıqların yaşadığı 39 kənd və qəsəbəsində uşaq bağçaları yalnız 1 uşaq bağçası fəaliyyət göstərir. Tetritskaro bələdiyyəsində etnik azlıqların məskunlaşdığı kəndlərdə məktəbəqədər təhsil müəssisələri yoxdur. Tsalka bələdiyyəsində etnik azlıqların məskunlaşdığı kəndlərdə yalnız bir bağça və iki qarışıq bağça fəaliyyət göstərir”,
– Gürcüstan İnsan Hüquqları və Azadlıqlarının Müdafiəsinin vəziyyəti haqqında Gürcüstan Xalq Müdafiəçisinin 2024-cü il hesabatında deyilir.

Xalq Müdafiəçisinin hesabatına görə, 2024-cü ildə bilinqval metodun tətbiq edildiyi həmin bağçaların məktəbəqədər təhsil müəssisələrinin sayı artmayıb. 2024-cü ilin 1 noyabrına olan vəziyyətə görə, Gürcüstanda 65 qeyri-gürcüdilli qruplardan ibarət ictimai məktəblər var ki, onlardan yalnız 34 bağçada bilinqval metod tətbiq olunur.

“2024-cü ildə Xalq Müdafiəçisi Aparatının nümayəndələri tərəfindən Kvemo Kartli və Samtsxe-Cavaxeti regionunda qüvvədə olan məktəbəqədər təhsil müəssisələrində aparılmış görüşlə bilinqval təhsilin tətbiqi prosesində bir çox problemlər müəyyən edib. Məktəbəqədər təhsilm müəssisələrinin təcrübəsi birmənalı deyil, eləcə də müvafiq kadr çatışmazlığı var”,
– Xalq Müdafiəçisinin hesabatında deyilir.

Hesabata görə, 2024-cü ildə 1 713 erkən və məktəbəqədər təhsil müəssisəsinə 137 474 uşaq qəbul olunub. Xalq Müdafiəçisi Gürcüstan hökumətinin 2023-cü ildə 330 yeni uşaq bağçasının tikintisi və 555 uşaq bağçasının bərpası təşəbbüsünü müsbət qiymətləndirir. Lakin izah edir ki, 2024-2025-ci illərdə Gürcüstanda cəmi 5 məktəbəqədər təhsil müəssisələrinin artıb, buna görə də məktəbəqədər təhsilə çıxış hələ də problem olaraq qalır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google