Gürcüstanda insan hüquq və azadlıqlarının qorunması vəziyyəti
haqqında Gürcüstanın Xalq Müdafiəçisinin 2024-cü il hesabatına
əsasən,
kifayət qədər qanunvericilik tənzimləməsi olmadığına görə,
valideynlərin təşəbbüsü ilə uşaqların nişanlanması halları
statistik məsuliyyətdən kənarda qalır. Uşaq nikahının zərərli
təcrübəsinin aradan qaldırılması mühüm problem olaraq qalır.
Hesabata görə, uşaq nikahı halları üzərində işləyərkən sosial
işçilər səmərəsiz reaksiyalar göstərməkdə davam edirlər ki, bu
da
qismən etnik azlıq icmalarına qarşı qərəz və stereotipik
münasibətlə bağlıdır.
“Həmçinin, mümkün uşaq nikahları ilə bağlı inzibati
işlərin başlanması problemlidir. Gürcüstanın Daxili İşlər Nazirliyi
yetkinlik yaşına çatmayanların nikahı bəhanəsi ilə törədilən 184
mümkün cinayətlə bağlı araşdırmalara başlayıb, 74 həbs-qətimkan
orderi verilib. Prokurorluğun məlumatına görə, 50 uşaq cinayətin
qurbanı olub, 45 nəfərə qarşı cinayət işi açılıb”, –
Xalq Müdafiəçisinin hesabtında qeyd olunur.
Ombudsmanın hesabatında bildirilir ki, araşdırılan uşaqların
evliliyi/nişanlanması halları üzrə hüquq-mühafizə orqanları, təhsil
müəssisələri və qayğı orqanlarının fəaliyyətindəki nöqsanlar hələ
də müşahidə olunur.
“Gürcüstanın Daxili İşlər Nazirliyində, azyaşlılarla
evlilik motivi ilə törədilmiş 184 mümkün cinayət üzrə araşdırma
aparılıb və 74 məhdudlaşdırıcı əmr çıxarılıb, prokurorluğun
məlumatına görə, azyaşlı ilə evlilik motivi ilə törədilən
cinayətlərdə 50 uşaq zərərçəkmiş kimi tanınıb və 45 nəfər barəsində
cinayət təqibi başlanıb”, – hesabatda deyilir.
Hesabata görə, yetkinlik yaşına çatmayanlar arasında hamiləlik və
doğuşların sayının azalması ilə bağlı əvvəlki illərin tendensiyası
saxlanılıb.
“Gürcüstanın Milli Səhiyyə Agentliyinin məlumatına
görə, 2024-cü ildə 427 nəfər yetkinlik yaşına çatmayan uşaq
hamiləliyi qeydiyyata alınıb, 365 nəfər yetkinlik yaşına çatmayan
valideyn kimi qeydiyyata alınıb (o cümlədən 347 azyaşlı ana, 7
azyaşlı ana və ata, 11 yetkinlik yaşına çatmayan
ata)”.
Hesabata görə, 2024-cü ildə 38-i qız və 5-i oğlan olmaqla 43
şagirdin nikaha daxil olmaq səbəbi ilə statusuna xitam verilib və
ya təhsili dayandırılıb. Xalq Müdafiəçisi qeyd edir ki, statistik
məlumatlar real mənzərəni əks etdirməyə bilər, çünki təhsili tərk
etm səbəbləri səhvlərlə göstərilib.
Gürcüstanın Xalq Müdafiəçisi Gürcüstan hökumətini uşaq nikahlarının
və onunla əlaqəli cinayətlərin qarşısını almaq üçün vahid
kommunikasiya strategiyası hazırlamağa çağırır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415