Marneuli meri məzuniyyətdədir, amma meriya bunu demək istəmirdi
Dövlət Alqı-Satqı Agentliyinin yayımladığı müqaviləyə əsasən, Marneuli merinin səlahiyyətlərini merin birinci müavini Roin Dekanoidze icra edir. Marneuli meriyası merin səlahiyyətlərini niyə birinci müavinin icra etməsi ilə bağlı məlumat yayımlamayıb.

“Marneuli” radiosu ilk əvvəl Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi ilə əlaqə saxladı. Şöbədən bildirdilər ki, merin birinci müavini Roin Dekanoidzenin merin səlahiyyətlərini icra etməsi barədə məlumat verə bilməzlər.

İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Davit Çikadze yazılı müraciət etməyimizi tələb etdi və bildirdi ki, başqa şəkildə bizə məlumat verə bilməz.

Məlumatı dəqiqləşdirmək üçün Marneuli merinin səlahiyyətlərini icra edən Roin Dekanoidze ilə əlaqə saxladıq. Dekanoidze bizi yenidən İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri ilə əlaqə saxlamağa yönləndirdi. O, bildirdi ki, vətəndaşla görüşdədir və telefonu söndürdü.

Merin səlahiyyətlərini icra edən Roin Dekanoidze ilə söhbətdən sonra məlumatı merlə – Kənan Ömərovla dəqiqləşdirməyə cəhd etdik. Ömərov “Marneuli” radiosunun zənglərinə artıq dörd ildir ki, cavab vermir, indi də cavab vermədi.

Mer və merin səlahiyyətlərinin icraçısı edilən zənglərdən sonra meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri “Marneuli” radiosu ilə əlaqə saxladı və Marneuli merinin məzuniyyətdə olması, bu səbəbdən də onun səlahiyyətlərini merin birinci müavini Roin Dekanoidzenin icra etməsi ilə bağlı məlumatı təsdiq etdi.

Marneuli merinin hansı səbəbdən və nə qədərə müddətə məzuniyyətə çıxdığı məlum deyil.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google