2021-2022-ci illərdə Kvemo Kartli Quberniyası nümayəndəlik xərcləri
üçün 18 457 lari ödəyib.
Dövlət Audit Xidməti tərəfindən hazırlanmış “Dövlət müvəkkili
Administrasiyası tərəfindən 2021-2022-ci illərdə həyata keçirilmiş
maddi-iqtisadi fəaliyyətin uyğunluğun audit hesabatı”-na əsasən,
2021-2022-ci illərdə dövlət müvəkkili administrasiyalarının, cəmi 9
administrasiyası tərəfindən göstərilmiş xərclər ümumilikdə 103,263
lari təşkil edib.
Nümayəndəlik xərcləri qəbul, rəsmi nahar yeməyi, tədbirlər,
süvenirlərin alınması/hazırlanması və digər
xərcləri əhatə
edir.
“İmereti, Kaxeti, Kvemo Kartli dövlət müvəkkili
administrasiyalarında 2021-ci ildə administrasiyalar tərəfindən
ümumilikdə göstərilmiş xərclərin 70%, 2022-ci ildə isə 80%
xərclənib”, – Auditin hesabatında qeyd olunub.
2021-ci ildə Kvemo Kartli Quberniyası nümayəndəlik xərcləri üçün 4
234 lari, 2022-ci ildə 14223 lari xərcləyib.
Audit xərclərin analizi zamanı müxtəlif çatışmazlıqlar müəyyən
edib. Xərclər zamanı izahatnamələr tərtib olunmurmuş. Tədbirlərin
adı və onda iştirak edən şəxslər qeyd olunmayıb, hədiyyələr
veriləndə müvafiq sənədlər tərtib edilməyib. Müəyyən növ xərclər
müvafiq olaraq təsdiq edilməyib.
“Kvemo Kartlidə 2022-ci ildə izahatnamələrdə iştirak
edən şəxslərin sayı və kimliyi qeyd olunmayıb. Kvemo Kartlidə
hədiyyələrin verilməsi zamanı müvafiq sənədlər tərtib
olunmayıb”, – Auditin nəticəsində qeyd olunub.
Dövlət Audit Xidmətinin bəyanatına görə, Dövlət Quberniyası
tərəfindən təqdim edilmiş sənədlərdə əksər hallarda tədbirin adı
qeyd olunmayıb, yaxud xərclərin həyata keçirildiyi həmin tədbirin
məqsədi müəyyən edilməyib. Bəzi hallarda tərtib edilmiş qonaqlıqlar
üçün hədiyyələrin verilməsi aktları tərtib olunmayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415