Marneuli yerli özünüidarəsi sadələşdirilmiş prosedur əsasında
müxtəlif təyinatlı elementlərin satın alınmasını həyata keçirib.
Bu barədə məlumat meriyanın Maddi-Texniki Təminat Şöbəsinin müdiri
vəzifəsini icra edən Melano Jorjolianinin Marneuli meri Kənan
Ömərova ünvanladığı rəsmi müraciətdə yer alıb.
“Xatırlatmaq istərdim ki, Marneuli meriyası üçün bu elementlərə
ehtiyac var. Alqı-satqı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan
tədbirlərin icrasını təmin etmək üçün müvafiq xidmətə tapşırıq
verməyinizi xahiş edirəm”, – deyə müraciətdə
bildirilir.
Müraciət əsasında Marneuli meriyası ilə fərdi sahibkar Elgün
Xudayev arasında sadələşdirilmiş satınalma müqaviləsi bağlanıb.
Müqaviləyə əsasən, sahibkar 8 may 2025-ci il tarixinədək meriyaya
400 ədəd element təhvil verməlidir.
Alqı-satqı müqabilində Marneuli meriyası sahibkara ümumilikdə 600
lari məbləğində ödəniş edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415