Aprelin 24-də dərc olunan bəyanatında ABŞ prezidenti Donald Tramp
1915-ci ildə ermənilərin qətlə yetirilməsini "soyqırımı" kimi
təsvir etməkdən imtina edib.
Bu, əvvəlki prezident Co Baydenin siyasəti ilə ziddiyyət təşkil
edir və ABŞ-dəki erməni diasporu tərəfindən sərt tənqid olunub.
Tramp bəyanatında bunun əvəzinə erməni dilində "Meds Yeqhern"
(Böyük Cinayət) ifadəsini işlədib.
"Bu gün biz Meds Yeqherni
anırıq və XX əsrin ən
dəhşətli fəlakətlərindən birində əziyyət çəkən o gözəl ruhların
xatirəsini yad edirik. 1915-ci ildən başlayaraq Osmanlı
İmperiyasının son illərində bir milyon yarım erməni sürgünə
göndərildi və onlar ölümə doğru yürüdü. Bu Anım Günündə biz yenidən
Amerikada və bütün dünyadakı Böyük Erməni İcmasına qoşularaq, həlak
olan çoxlu sayda insan üçün yas tuturuq", – prezident
Trampın bəyanatında bildirilib.
Tramp prezidentliyinin ilk müddətində də "soyqırımı" sözünü
işlətməkdən çəkinmiş və əvvəlki ABŞ prezidentlərinin nümunəsini
izləmişdi. Lakin Bayden bütün prezidentliyi müddətində 1915-ci il
hadisələrini açıq şəkildə "soyqırımı" adlandırıb.
Ermənistan Milli Komitəsi (ANCA) bildirib ki, Tramp "Amerikanın
erməni soyqırımını tanımasından və yad etməsindən utancverici
şəkildə geri çəkilib". Amerika Erməni Assambleyası isə bəyan edib
ki, bu, "ABŞ-nin siyasətində dəyişiklik anlamına gəlmir, çünki
qanunverici və məhkəmə orqanları artıq tarixi faktları açıq şəkildə
təsdiqləyiblər".
Aİ də bəyanatdan
"soyqırımı" sözünü çıxarıb
Ermənistan baş naziri Nikol Paşinyan isə aprelin 24-dəki
bəyanatında 1915-ci il hadisələrinin təşkilatçılarını və
icraçılarını açıq şəkildə qınamayıb.
"Bu gün biz
1915-ci ildən etibarən baş vermiş qırğınlar və kütləvi
deportasiyalar nəticəsində həyatını itirən Erməni soyqırımının
günahsız qurbanlarını yad edirik", – Paşinyan
bildirib. O, həmçinin 1915-ci il hadisələrinə istinad edərək
"soyqırımı" ifadəsindən çox, "Meds Yeqhern" ifadəsini
vurğulayıb.
Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhədindəki
monitorinq missiyası isə 1915-ci il hadisələri ilə bağlı
paylaşımından "soyqırımı" sözünü çıxarıb.
Aİ Mülki Missiyasının X sosial media hesabında yerləşdirilən
bəyanatının ilkin variantında "erməni soyqırımı qurbanları"
yazılıb, lakin bu ifadə az sonra "1915-1923-cü illərin erməni
qurbanları" ilə əvəzlənib.
Aİ orqanları və rəsmiləri məsələ ilə bağlı ictimai bəyanatlarında
"soyqırımı" sözünü işlətməyiblər.
Rusiya XİN sözçüsü Mariya Zaxarova isə keçirdiyi brifinqdə deyib
ki, "Rusiya soyqırımı tanıyan ilk ölkələrdən biri olub".
"Rusiyada biz həmişə qardaş erməni xalqının dərdini öz
kədərimiz kimi qəbul etmişik", - Zaxarova
vurğulayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415