Dörd şəhərdə avtomobilin çıxardığı qazlara görə 1437 nəfər cərimə yazılıb
2025-ci ilin 1 aprelindən 30 aprelinə qədər Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Nəzarəti Departamentinin əməkdaşları avtomobillərin çıxardığı qazların müəyyən edilmiş normalara uyğunluğunu yoxlayaraq 290 pozuntu aşkar ediblər.

Departamentin məlumatına görə, ən çox pozuntu Tbilisidə – 119, Batumidə – 73, Rustavidə – 55, Kutaisidə isə 43 aşkar edilib.

"290 pozuntudan 244-ü

fiziki şəxslər tərəfindən, 46-sı isə hüquqi şəxslər tərəfindən törədilib. Qeyd edək ki, 173 pozuntu yüngül avtomobillərin, 108 mikroavtobusların, 9 isə yük avtomobillərinin sürücüləri tərəfindən törədilib,"
- məlumatda qeyd olunub.

2025-ci ilin ilk dörd ayında Ətraf Mühitin Nəzarəti Departamentinin əməkdaşları tərəfindən avtomobil qazlarının normaya uyğun olmaması ilə bağlı ümumilikdə 1437 pozuntu aşkar edilib.

"Amosfer havasının keyfiyyətinin yaxşılaşdırılması departamentin prioritetlərindəndir. Bu məqsədlə bir sıra hədəf yönümlü tədbirlər həyata keçirilir. Gürcüstanın 4 böyük şəhərində hərəkət edən avtomobillərin görünən çıxardığı qazların nəzarəti davam edir.

Eyni zamanda, departament avtomobil yanacaq stansiyalarında yanacağın keyfiyyətini də mütəmadi olaraq yoxlayır, bununla da qeyri-standart yanacaq istifadəsinin minimuma endirilməsi təmin edilir ki, bu da atmosfer havasına zərərli maddələrin yayılmasını əhəmiyyətli dərəcədə azaldır. Bundan əlavə, istehsal müəssisələrində çirklənmənin qarşısını almaq üçün hava kütlələrində zərərli maddələrin yayılmasının davamlı özünə nəzarət sisteminin tətbiqi prosesi fəal şəkildə davam edir. Bu sistem artıq 35 iri müəssisə tərəfindən tətbiq edilib. Kompleks tədbirlər atmosfer havasının çirklənməsini minimuma endirməyə kömək edir,"
- deyə Nəzarət Departamentinin məlumatında bildirilir.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google