Bu ilin dörd ayında yükdaşıma 61% artıb
2025-ci ilin yanvar-aprel aylarında Gürcüstandan hava yolu ilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 61% artıb. Bu barədə məlumatı Gürcüstanın Mülki Aviasiya Agentliyi yayıb.

Agentliyin məlumatına görə, ilin ilk dörd ayında hava yolu ilə daşınan yüklərin ümumi həcmi 10 599 ton təşkil edib. Müvafiq olaraq, 2024-cü ilin eyni dövrü ilə müqayisədə yük

dövriyyəsində 61%-lik artım qeydə alınıb.

Qeyd edək ki, ötən il də Gürcüstandan yükdaşımaların həcmi artmışdı. Mülki Aviasiya Agentliyinin statistikasına əsasən, 2024-cü ildə hava yolu ilə 25 min tondan çox yük daşınıb. Bu göstərici 2023-cü illə müqayisədə 25% çoxdur və 2017-ci ildən bəri ən yüksək nəticə hesab olunur.

Hazırda Gürcüstanda yük terminalları yalnız Tbilisi Beynəlxalq Aeroportunda fəaliyyət göstərir, bu səbəbdən hava yolu ilə həyata keçirilən bütün yükdaşımalar yalnız bu aeroportun vasitəsilə həyata keçirilir.

Mənbə: BM

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google