"Gürcüstanın Pensiya Fondu" yenilənmiş statistik məlumatları
açıqlayıb.
30 aprel 2025-ci il tarixinə pensiya fondunun aktivləri 6,7 milyard
lariyə, əldə edilmiş ümumi gəlirlər isə 1,6 milyard lariyə çatıb.
Pensiya proqramı iştirakçılarının sayı 1 milyon 612 min
nəfərdir.
2025-ci ilin aprel ayında ən yüksək gəlir dərəcəsi dinamik portfeli
üzrə qeydə alınıb. Portfelin həcmi 39.1 milyon lari təşkil edir
və
bir ay ərzində 0.8% artım müşahidə olunub. Balanslaşdırılmış (37.7
milyon lari) və konservativ (6.6 milyard lari) portfellər isə eyni
– 0.7%-lik aylıq artım göstərib.
İllik göstəricilərə əsasən, 2023-cü il avqustun 6-dan 2025-ci il
aprelin 30-dək dövr ərzində dinamik portfel üzrə nominal gəlir
faizi (illikləşdirilmiş) 12.1% olub. Həmin dövrdə balanslaşdırılmış
və konservativ portfellərin nominal gəlirliliyi isə müvafiq olaraq
11.7% və 11.2% təşkil edib.
Bu portfellər arasındakı əsas fərq onların tərkibində beynəlxalq
səhmlərin payına aiddir. 30 aprelə olan vəziyyətə görə, dinamik
portfeldə səhmlərin payı 48%, balanslaşdırılmış portfeldə 30.1%,
konservativ portfeldə isə 16.1% təşkil edir.
Qeyd edək ki, bu günə qədər yığım əsaslı pensiya sistemindən 18 749
nəfər yararlanıb və onlar üçün ümumilikdə 79.2 milyon lari
məbləğində pensiya ödənişi həyata keçirilib.