Moskvada ortaasiyalı miqrantların çalışdığı kafenin işçiləri və
müştəriləri deyirlər ki, polis reydi zamanı miqrantları möhkəm
döyüblər.
Bu, regionda miqrantlara qarşı artan kampaniyanın tərkib hissəsi
sayılır.
Son həftələr hətta miqrant işçilər arasında hansısa sənəd pozuntusu
aşkarlanmayanda belə oxşar halların yaşandığı bildirilir.
On illər boyunca Orta Asiyadan işçilər, əsasən, Rusiyaya üz
tutublar. Onlar hər il ailələrinə on milyonlarla
dollar
göndərirlər.
Ukraynada təcavüzkar müharibə, 2024-cü ilin martında "Crocus City
Hall" əyləncə kompleksinə terror hücumu miqrant işçilərə qarşı
görünməmiş təzyiqlərə yol açıb. Hücumda azı 140 nəfər öldürülüb,
550-dən çox adam yaralanıb. "İslam Dövləti" ekstremist qrupunun
məsuliyyət götürdüyü hücuma görə dörd tacik kişi həbs olunub.
Miqrantlar müxtəlif ictimai məkanlarda, nəqliyyat qovşaqlarında,
otellərdə, restoranlarda hədəfə alındıqlarını deyirlər. Ötən il
qanunvericiliyə dəyişiklik isə polisə məhkəmə qərarı olmadan
miqrantları ölkədən çıxarmaq üçün əlavə səlahiyyət verir.
Ötən ay qırğız miqrantlar Moskva polisinin hamam kompleksinə reydi
zamanı döyüldüklərini, dizüstü sürünməyə məcbur edildiklərini,
aşağılandıqlarını deyiblər.
Yerli mediada gedən xəbərlərə görə, reydlər səbəbindən
ortaasiyalılara xidmət göstərən kafe və restoranların dörddə üçü
bağlanıb.
Şahidlər əməliyyatlarda zorakılıq, alçaltmalara əl atıldığını,
əmlaka ziyan vurulduğunu deyirlər.
Bəzi hallarda isə "Rus icması" millətçi qrupunun üzvləri "vətəndaş
patrulu" kimi çıxış etməkdə, polislə birgə reydlərə qatılmaqda,
hücumları lentə almaqda suçlanırlar.
Bu ilin ilk 3 ayında Moskvadan 4 min 800 miqrant deportasiya
olunub. Bu, ötən ildəkindən 30 faizədək çoxdur. Miqrantlar, əsasən,
Özbəkistan, Tacikistan və Qırğızıstandandır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415