Amerikalı kardinal Roma Papası seçildi
Birləşmiş Ştatlardan olan kardinal Robert Frensis Prevo Roma Katolik Kilsəsinin 267-ci rəhbəri seçilib. O, XIV Leo adını götürüb.

Prevo 1955-ci ildə Çikaqoda doğulub. O, seminariya təhsili ilə yanaşı, Villanova Universitetində riyaziyyat üzrə bakalavr, daha sonra Çikaqodakı Katolik ilahiyyat ittifaqında ilahiyyat üzrə magistr dərəcəsi alıb. 1977-ci ildə Avqustin ordeninə qoşulub və sonra uzun illər Peruda avqustinlərin missiyasında

xidmət edib.

R.F.Prevo ilk amerikalı Roma Papasıdır.

ABŞ prezidenti Donald Tramp kardinal Prevonun seçilməsini alqışlayıb. "Roma Papası seçilən kardinal Robert Frensis Prevonu təbrik edirəm. Onun ilk amerikalı Papa olduğunu bilmək böyük şərəfdir", - Tramp "Truth Social" paylaşımında bildirib.


"The New York Times"ın yazdığına görə, XIV Leo Birləşmiş Ştatlarda doğulsa da, italyan və ispan dillərini bilir, lakin ingiliscə danışmır.

Roma Katolik Kilsəsinin əvvəlki rəhbəri Fransisk aprelin 21-də 88 yaşında insultdan ölüb. O, aprelin 26-da dəfn edilib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google