Gürcüstan hökumətinin qərarına əsasən, həndbol üzrə milli komandaya
Avropa çempionatının final mərhələsinə vəsiqə qazandığı üçün
1 milyon lari məbləğində pul mükafatı veriləcək. Bu barədə məlumatı
Gürcüstan hökuməti yayıb.
“Hökumətin qərarına əsasən, Gürcüstanın həndbol üzrə
milli komandasına 1 milyon lari məbləğində pul mükafatı təqdim
olunacaq”, – deyə rəsmi açıqlamada bildirilir.
Qeyd edək ki, Gürcüstanın həndbol üzrə
milli komandası Avropa
çempionatında tarixində ikinci dəfə iştirak edəcək. Komanda bu
turnirdə ilk dəfə 2024-cü ildə debüt etmişdi.
Avropa çempionatı 2026-cı il yanvarın 15-dən fevralın 1-dək üç
ölkədə – Danimarka, Norveç və İsveçdə keçiriləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415