“Yanacağın qiyməti 20 tetriyə qədər ucuzlaşacaq” – Vaxtanq İobaşvili
“Son bir həftə ərzində yanacağın qiyməti 13-15 tetri aralığında ucuzlaşıb və bu dəyişiklik bu gündən etibarən böyük şirkətlərin qiymətlərində də əks olunmağa başlayıb. Yaxın dövrdə də pozitiv gözləntilərimiz var,” – bu barədə “BiznesPressNews”a Neft Məhsulları İdxalçıları Birliyinin sədri Vaxtanq İobaşvili məlumat verib.

Onun sözlərinə görə, son həftələrdə beynəlxalq tendensiyalar sabitləşməyə doğru gedir və bu da yanacağın

qiymətinə təsir göstərir.

“Bəllidir ki, Gürcüstan yanacaq baxımından tamamilə xarici faktorlardan asılıdır və son vaxtlar beynəlxalq vəziyyət nisbətən sabitləşib. Bu da yanacağın qiymətinə təsirsiz ötüşməyib. Demək olar ki, son bir həftə ərzində qiymət 13-15 tetri azalıb və böyük şirkətlər artıq bu endirimi qiymətlərində əks etdirməyə başlayıblar.”

Neft Məhsulları İdxalçıları Birliyinin sədri əlavə edib ki, əgər hazırkı tendensiyalar davam edərsə, yaxın həftələrdə qiymət azalması davam edəcək.

“Deyə bilərəm ki, əgər son həftələrdə müşahidə olunan dinamika eyni templə davam etsə, qiymət enişi qarşıdakı həftələrdə 20 tetriyə də çata bilər. Bu, hər kəsin, o cümlədən yanacaq satıcılarının da marağındadır. Çünki qiymət ucuzlaşdıqca, istehlak həcmi artır,” – deyə İobaşvili “BiznesPressNews”la söhbətində bildirib.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google