Marneulidə kanalizasiya layihəsinin tikintisi zamanı fəhlə həlak olub
Marneulidə kanalizasiya layihəsinin tikintisi zamanı bir fəhlə həlak olub. Hadisə Marneulidə baş verib. Hadisə şahidlərinin sözlərinə görə, iki fəhlə qazılmış çalaya düşüb. Onlardan biri həyatını itirib, digəri isə xəstəxanaya çatdırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin "Marneuli" radiosuna verdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə istintaq başlanıb. Həmin maddə dağ-mədən, tikinti və ya digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutur.

"Marneuli" radiosu yaralanan şəxsin vəziyyətini öyrənmək üçün klinikalarla əlaqə saxlamağa çalışır. Cavab alındıqdan sonra material yenilənəcək.

Marneuli və ətraf kəndlərdə su təchizatı və kanalizasiya layihəsi 2019-cu ildə başlayıb. Layihə çərçivəsində yollar qazılıb, infrastruktur sıradan çıxıb, ictimai nəqliyyat və şəxsi avtomobillər ziyan dəyib. Əvvəlcə layihənin 2021-ci ilin martına qədər “Akelik Group” şirkəti tərəfindən başa çatdırılması planlaşdırılsa da, şirkət öhdəliklərini yerinə yetirə bilməyib və dəyəri 55 940 022 ABŞ dolları olan layihə dayandırılıb.

Yeni müqavilə Su Təchizatı Şirkəti tərəfindən Türkiyə və Çin şirkətləri ilə bağlanıb. Tikinti işlərini “China Geo - Engineering Corporation” (CGC) və “POLAT Yol Yapi Sanayi ve Ticaret Anonim Sirketi” həyata keçirir.

Layihəyə Asiya İnkişaf Bankının dəstəyi ilə 135 milyon laridən çox vəsait ayrılıb. Layihə çərçivəsində yeni su təchizatı şəbəkəsi, nasos stansiyaları, su anbarları, yeni kanalizasiya xətləri və müasir standartlara uyğun təmizləyici qurğu inşa edilir.

Layihə başa çatdıqdan sonra Marneuli sakinləri 24 saatlıq su təchizatı və yeni kanalizasiya infrastrukturu ilə təmin olunmalıdır.

Əsas şəkil Ceyhun Məhəmmədəliyə məxsusdur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google