Daxili İşlər Nazirliyindən verilən məlumata görə, narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 4 nəfər həbs edilib.
“Qanunsuz olaraq külli miqdarda və xüsusilə külli
miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması, satışa
hazırlamaq, o cümlədən psixotrop maddələrin və narkotik vasitə
marixuananın qanunsuz əldə edilməsi və saxlanması, tərkibində
narkotik vasitə olan bitkinin qanunsuz becərilməsi ittihamı ilə
həbs ediliblər. Həbs edilənlər əvvəl narkotik cinayətinə görə
məhkum olunmuş, 2003-cü il təvəllüdlü N.Ç., 1978-ci il təvəllüdlü
K.K., Rusiya Federasiyası vətəndaşı 1981-ci il təvəllüdlü G.K. və
İordaniya vətəndaşı 2003-cü il təvəllüdlü O.A.-dır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin
şəxsi və yaşayış binalarına və onların göstərdiyi ünvanlara baxış
nəticəsində xüsusilə külli miqdarda müxtəlif növ narkotik
vasitələr, o cümlədən “kokain”, “MDMA”, “liserqid”, psixotrop
maddələr və “marixuana” götürüblər. Həmçinin, tərkibində narkotik
maddələr olan bitkilərin becərilməsi üçün yaradılmış xüsusi
istixanadan külli miqdarda çətənə bitkisi götürülüb”,
- DİN-in məlumatında deyilir.
Cinayətlər 20 ilə qədər həbs cəzasını nəzərdə tutur.
Nazirliyin məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 260,
261, 18-260, 265 və 273-cü maddələri ilə araşdırma aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415