“Rati Bar”da baş verən qətl hadisəsi ilə bağlı 2 nəfər həbs edilib
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gün, 11 may tarixində, Barataşvili küçəsində yerləşən “Rati Bar”da baş vermiş qətl hadisəsi ilə bağlı iki nəfər saxlanılıb. Onlardan biri 1989-cu il təvəllüdlü İ.Q. qəsdən adam öldürmə ittihamı ilə, digər şəxs 1980-ci il təvəllüdlü R.P. isə xüsusilə ağır cinayəti bildirmədiyinə həbs edilib.

Nazirliyin məlumatına görə, İ.Q. əvvəllər müxtəlif ağır cinayətlərə görə məhkum olunub.

“Aparılmış istintaqla müəyyən olunub ki, İ.Q. Tbilisidə, barlardan birində qonaq olduğu zaman, mübahisə zəminində həmin bardakı 2006-cı il təvəllüdlü A.Ş.-ni soyuq silahla yaralayıb və hadisə yerindən qaçıb. A.Ş. aldığı bıçaq xəsarətləri nəticəsində hadisə yerində ölüb,”
– deyə DİN-in açıqlamasında qeyd olunur.

Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 376-cı (xüsusilə ağır cinayəti bildirməmə) maddələri ilə aparılır.

Bu cinayətlərə görə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google