Gürcüstanda hər ikinci şəxsin krediti var, hər beşinci
borcalanın isə kredit üzrə 30 gündən artıq gecikməsi qeydə
alınıb.
Bu, “Kreditinfo Gürcüstan”ın 2025-ci ilin aprel ayına dair
statistikasında göstərilib. Daha dəqiq desək, ötən ayın məlumatına
görə, maliyyə sektoruna ümumilikdə 1 944 818 nəfər borcludur (ölkə
əhalisinin sayı 3 704 506 nəfərdir – mənbə “Milli Statistika
Xidməti”), onlardan 365
409 nəfər borcunu qaytara bilmir.
Qeyd olunmalıdır ki, Gürcüstanda krediti qaytara bilməyən fiziki
şəxslərin sayı son bir il ərzində 4 min nəfərdən çox azalıb, ötən
ayla müqayisədə isə cüzi eniş qeydə alınıb. Daha ətraflı desək,
“Kreditinfo”nun 2025-ci ilin aprel statistikalarına əsasən, 30
gündən artıq gecikməsi olan fiziki şəxslərin sayı 365 409 nəfər
təşkil edir, ötən ilin eyni dövründə isə bu göstərici 365 455 nəfər
olub, 2025-ci ilin mart ayında isə 369 776 nəfər idi.
Eyni zamanda, 2025-ci ilin aprel ayına olan məlumata əsasən,
borcunu qaytara bilməyən 369 311 fiziki şəxsdən 98 028 nəfəri
kommersiya banklarının müştəriləridir, 295 537 nəfər Gürcüstan
Milli Bankı tərəfindən tənzimlənən digər maliyyə institutlarının
(mikromaliyyə təşkilatları, kredit verən qurumlar) borcalanlarıdır,
3 706 nəfər isə lizinq, tikinti və digər növ şirkətlərə
borcludur.
Məbləğ baxımından isə, fiziki şəxslərin kommersiya banklarına ümumi
borcu (30 gündən artıq ödənilməmiş kreditlər) 1.238 milyard lari
təşkil edir, Gürcüstan Milli Bankı tərəfindən tənzimlənən digər
maliyyə institutlarına isə 1.494 milyard lari, lizinq şirkətlərinə
isə 29.048 milyon lari. Ümumilikdə 30 gündən artıq gecikmiş
kreditlərin məbləği 2.762 milyard larini keçir ki, bu da maliyyə
sektoru tərəfindən verilmiş ümumi kreditlərin 4.1%-nə
bərabərdir.
Ümumilikdə, 2025-ci il 30 aprel tarixinə olan vəziyyətə görə,
Gürcüstanda maliyyə sektoruna 1 944 818 nəfərin borcu var, bu
borcun ümumi həcmi isə 67.160 milyard laridir.
Eyni statistika göstərir ki, borcalanların 83.2%-i bank sektorunun
payına düşür. Belə ki, aprel ayına olan məlumata əsasən, banklardan
ümumilikdə 62.986 milyard lari həcmində kredit götürən 1 618 445
borcalan var. Həmçinin, Gürcüstan Milli Bankı tərəfindən
tənzimlənən digər maliyyə institutlarından (mikromaliyyə, kredit
verən qurumlar) borc götürənlərin sayı 700 990 nəfərdir, bu
qurumların verdiyi kreditlərin ümumi həcmi isə 3.570 milyard
laridir. Daha 16 780 nəfər isə lizinq, tikinti və digər növ
şirkətlərdən ümumilikdə 603.8 milyon lari kredit götürüb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415