2025-ci ilin birinci rübündə Gürcüstan vətəndaşları xaricə
səyahətlər zamanı ümumilikdə 481.5 milyon lari xərcləyiblər
– bu barədə məlumat Milli Statistika Xidmətinin hesabatında yer
alıb.
Hesabat dövründə Gürcüstan vətəndaşlarının xərclərinin ən böyük
hissəsi alış-verişə (206.8 milyon lari) və qidalanmaya (123.7
milyon lari) yönəlib.
Bundan əlavə, digər istiqamətlər üzrə xərclər aşağıdakı kimi
olub:
- Yaşayış (otel və s.) – 57.8 milyon lari;
- Mədəni və idman tədbirləri – 20.3 milyon
lari;
- Yerli nəqliyyat – 53.5 milyon lari;
- Digər xərclər – 19.5 milyon lari.
Qeyd etmək lazımdır ki, bir səfər zamanı orta hesabla 998.8 lari
xərclənib. Bu halda da əsas xərclər alış-verişə gedib. Bir səfər
üzrə orta xərclər belə bölünüb:
- Alış-veriş – 428.9 lari;
- Yemək və içki – 256.6 lari;
- Yaşayış – 199.8 lari;
- Yerli nəqliyyat – 110.9 lari;
- Mədəni və idman tədbirləri – 42.1 lari;
- Digər xərclər – 40.4 lari.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415