Gürcüstana gətirilən yağ bahalaşıb – ölkəyə idxal olunan yağın 80%-i Rusiyadan gəlir
Gürcüstana günəbaxan yağı idxalı 8.3% azalıb – bu barədə məlumat Milli Statistika Xidmətinin hesabatında yer alıb.

Konkret olaraq, 2025-ci ilin yanvar-mart aylarında Gürcüstana 10.9 milyon ABŞ dolları dəyərində, 7 900 ton günəbaxan yağı idxal olunub. Halbuki ötən ilin eyni dövründə 8.57 milyon dollar dəyərində, 8 620 ton yağ gətirilmişdi.

Eyni zamanda, bu il Gürcüstana yağın idxalı 34% bahalaşıb. Belə ki, ötən il 1 litr

yağın orta idxal qiyməti vergilərsiz təxminən 1 dollar olduğu halda, bu il qiymət 1.34 dollara yüksəlib.

Qeyd olunmalıdır ki, Gürcüstana gətirilən yağın böyük hissəsi – 80 faizi Rusiyadan idxal olunur. Beş əsas idxalçı ölkə aşağıdakı kimidir:
  • Rusiya – 6 341 ton, 8.56 milyon ABŞ dolları
  • Ukrayna – 1 126 ton, 1.7 milyon ABŞ dolları
  • Azərbaycan – 286 ton, 396 min ABŞ dolları
  • Macarıstan – 96 ton, 186 min ABŞ dolları
  • Türkiyə – 26 ton, 42.3 min ABŞ dolları
Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google