Ukraynada döyüşən gürcü döyüşçü Rati Burduli məktub yayımlayıb.
Məktubda bildirilir ki, Rusiya məhkəməsinin çıxardığı qiyabi
məhkumetmə qərarına əsasən, Gürcüstanın Daxili İşlər Nazirliyi
Ukraynada döyüşən bəzi gürcülərin silah saxlamaq icazəsini ləğv
edir.
“Bildiririk ki, Gürcüstanın “Silah haqqında” qanunun 27-ci
maddəsinin (d)(5) bəndinə əsasən, silah saxlama icazəsi (lisenziya)
ləğv edilir, əgər icazə sahibinə qarşı qanuni qüvvəyə minmiş
məhkumetmə hökmü
mövcuddursa.
Nəzərə alınmaqla ki, sizin barənizdə Rusiya Federasiyasının Cinayət
Məcəlləsinin 359-cu maddəsinin 3-cü bəndi ilə qanuni qüvvəyə minmiş
məhkəmə hökmü çıxarılıb, həmin qanunun 28-ci maddəsinə əsasən, bu
bildirişin təqdim olunmasından etibarən 30 gün ərzində Gürcüstan
qanunvericiliyinə uyğun hərəkət etməlisiniz…” – deyilir
məktubda.
Rati Burduli Rusiya tərəfindən 2022-ci ilin martından 2024-cü ilin
avqustunadək Ukrayna tərəfində döyüşməkdə ittiham olunur. Rusiya
məhkəməsi onu qiyabi olaraq 14 il azadlıqdan məhrum edib.
Sözügedən məktub “Qirçi – Daha çox azadlıq” partiyasının üzvü
Tinatin Bolkvadze tərəfindən də sosial şəbəkədə paylaşılıb.
Məktubu şəxsən Rati Burduli alıb, ya yox – bu, hələlik məlum
deyil.
Gürcüstan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı hələlik heç bir
açıqlama yaymayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415