Tsalka şəhərində memorial və ətraf ərazi yenidən qurulacaq – layihəyə 313 min lari ayrılıb
Tsalka meriyası İkinci Dünya Müharibəsi memorialının və onun ətraf ərazisinin bərpasını planlaşdırır. Bu məqsədlə yerli özünüidarə martın 13-də işlərin satın alınması ilə bağlı tender elan edib.

Tender sənədlərinə əsasən, zədələnmiş abidə daşları qranit plitələrlə əvəz olunacaq. Memorial ətrafında istirahət zonası salınacaq – burada 1 söyüd ağacı, 18 fotina, 2 maral buynuzu ağacı, 4 dekorativ ağcaqayın və

13 sərv ağacı əkilməsi nəzərdə tutulur. Həmçinin parkda 18 oturacaq, 16 zibil qutusu və 25 ədəd işıq dirəyi quraşdırılacaq.

Layihənin ümumi dəyəri 313 398 lari təşkil edir. Tsalka meriyasının planına əsasən, layihə bu məbləğ çərçivəsində həyata keçiriləcək.

Tenderdə iştirak etmək istəyən şirkətlər mayın 29-dan iyunun 3-dək öz təkliflərini təqdim edə bilərlər. Müsabiqənin qalibi bərpa işlərini bu ilin noyabr ayının 30-na qədər yekunlaşdırmalıdır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google