Milli Statistika Xidmətinin məlumatına görə, 2025-ci ildə
Gürcüstanda ən çox insan (1 282 600 nəfər) Tbilisi şəhərində
yaşayır.
Əhali baxımından ən sıx məskunlaşan bölgə Kvemo Kartlidir. Bu
bölgədə ümumilikdə 438 900 nəfər yaşayır ki, onların 196 400 nəfəri
şəhərlərdə, 242 500 nəfəri isə kəndlərdə məskunlaşıb.
Statistikaya əsasən, Kvemo Kartli əhalisinin sayı əvvəlki illə
müqayisədə artıb. 2024-cü
ildə bu rəqəm 436 000 nəfər təşkil edirdi
– 193 700 nəfər şəhərlərdə, 242 400 nəfər isə kənd yaşayış
məntəqələrində yaşayırdı.
Əhalinin sayına görə İmereti regionu ikinci yerdə qərarlaşıb.
2025-ci ildə burada 433 300 nəfər yaşayır. Müqayisə üçün qeyd edək
ki, 2024-cü ildə İmeretidə 442 300 nəfər qeydiyyatda idi və bu
göstərici ilə həmin vaxt regionlar arasında liderlik edirdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415