Marneuli meri təbii fəlakət nəticəsində zədələnmiş körpünün bərpa işləri ilə yerində tanış olub - Meriyanın PR Xidməti
Marneuli meri Kənan Ömərov, mer müavini Roin Dekanoidze və Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze Lağidze küçəsində təbii fəlakət nəticəsində zədələnmiş körpünün bərpası işlərinin gedişi ilə yerində tanış olublar. Bu barədə məlumatı Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Xidməti yayıb.

Qurumun məlumatına görə, bərpa prosesi hazırda aktiv mərhələdədir. Layihənin tamamlama tarixi hələ dəqiqləşdirilməyib.

Söhbət Lağidze küçəsində 2024-cü ilin

mayında güclü yağışlar nəticəsində daşan çayın uçurduğu körpüdən gedir. Həmin vaxt çay daşaraq Marneuli bazarının ətrafını su altında qoymuş, körpü uçmuş, yerli ticarət obyektlərinə ciddi ziyan dəymişdi. Sahibkarların mallarına ciddi maddi ziyan dəyib. Qeyd edək ki, əldə etdiyimiz məlumata əsasən, təbii fəlakətdən zərərçəkmiş sahibkarlar bu günə qədər kompensasiya almayıblar.

Körpünün bərpası layihəsinin dəyəri 619 997 lari təşkil edir və vəsait dövlət büdcəsindən maliyyələşdirilir.

Körpü Marneuli üçün ən mühüm nəqliyyat hissələrindən biri olsa da, bir il ərzində həmin yoldan praktiki olaraq keçmək mümkün olmayıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google