28 may tarixində Azərbaycanın Gürcüstandakı səfirliyinin
təşkilatçılığı ilə Tbilisi şəhərində 28 May – Müstəqillik Günü
münasibətilə tədbir keçirildi.
Tədbirdə "Gürcü" arzusunun Parlament sədri Şalva Papuaşvili,
parlamentin deputatları, hökumət nümayyəndələri, elm və ictimaiyyət
nümayəndələri, din xadimləri, Gürcüstanda akkreditə olunmuş
diplomatik korpusun üzvləri, eləcə də dəvət olunmuş qonaqlar
iştirak ediblər.
Tədbirin keçirildiyi hotelin foyesi və zalı Azərbaycan və
Gürcüstan
bayraqları, Azərbaycannın milli rəmzlər və xalçaçılıq nümunələri
ilə bəzədilmişdir.
Əvvəlcə Azərbaycan və Gürcüstanın Dövlət himnləri səsləndirilib,
daha sonra 28 May - Müstəqillik Gününə həsr olunan videoçarx
nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə səfir Faiq Quliyev açaraq qonaqları
salamladı. Daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasında söhbət açdı.
Tədbir konsert proqramı ilə davam etdi. Marneulili müğənni Şaban
Məmmədov və Tbilisidən olan gənc tarzən Ramin Pirməmmədov
Azərbaycanın xalq və bəstəkar mahnılarını ifa ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415