Gürcü diasporasının Rusiyadakı rəhbəri etnik gürcülərə Gürcüstan vətəndaşlığının avtomatik verilməsini tələb edib
Rus dilində fəaliyyət göstərən gürcü diasporasının rəhbəri, Rusiya prezidentinə tabe olan "Millətlərarası Şuranın" üzvü Davit Tsotseladze etnik gürcülərə sadələşdirilmiş "identifikasiya proseduru" əsasında Gürcüstan vətəndaşlığının avtomatik verilməsini tələb edib.

Tsotseladzenin sözlərinə görə, ölkədən kənarda yaşayan gürcülər Gürcüstan vətəndaşlığını əldə etməkdə "əsassız maneələrlə" qarşılaşırlar. O, Gürcüstan hakimiyyətini bu prosesi "diskriminasiyalı təcrübə" adlandıraraq, prosedurun sadələşdirilməsinə çağırıb.

“Gürcüstan dövləti, Gürcüstan hökuməti və

siyasi spektr ölkədə gürcülərin inteqrasiyasında maraqlı olmayana qədər biz Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş heç bir tədbir keçirməyəcəyik”,
– deyə o bildirib.

Tsotseladze əlavə edib ki, Tbilisiyə planlaşdırılan işgüzar səfəri də ləğv edilib:

“Biz bu səfərdən imtina edirik, çünki bildirdik: bu məsələ həll olunmayana qədər heç kimlə danışacaq bir şeyimiz yoxdur. Gürcülər və Gürcüstan – bu, tək bir orqanizmdir. Heç kimin – nə komissiyanın, nə hökumətin, nə də prezidentin – gürcüyə vətəndaşlıq almaq istədiyinə görə ‘yox’ deməyə haqqı yoxdur”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu tələblərlə rəsmi müraciət Gürcüstanın maraqlarını təmsil edən, Rusiyadakı İsveçrə səfirliyinin Gürcüstan bölməsinin rəhbəri Mamuka Merkviladzeyə göndərilib.

Qeyd edək ki, Mamuka Merkviladze 2021-ci ildən 2024-cü ilin mart ayınadək gürcü diaspor təşkilatının vitse-prezidenti — Tsotseladzenin müavini olub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google