Polşanın Gürcüstana səfər etməyi planlaşdıran vətəndaşlarına xəbərdarlığı
Polşa Gürcüstana səfər etməyi planlaşdıran vətəndaşlarını xəbərdar edib ki, nümayişlərdə iştirak etdiklərinə və ya sosial şəbəkələrdə müəyyən fəaliyyətlərinə görə, onların ölkəyə buraxılmaması və/və ya yüksək cərimələrlə üzləşməsi mümkündür.

"Xaricilərin, o cümlədən Avropa İttifaqı ölkələrinin vətəndaşlarının Gürcüstana daxil olmasına rədd cavabı verilməsi ilə bağlı çoxsaylı halların fonunda, ölkəyə səfər etməzdən əvvəl fərdi halda sizə qarşı risk amillərinin mövcud

olub-olmadığını nəzərdən keçirmənizi tövsiyə edirik. Bu amillərə nümayişlərdə iştirak və ya onların yaxınlığında olmaq, eləcə də sosial mediada müəyyən fəaliyyətlər aid ola bilər",
– deyə Polşanın səfirliyinin vətəndaşlara ünvanladığı bəyanatda qeyd olunur.

Diplomatik nümayəndəlik vurğulayır ki, Gürcüstan hakimiyyəti ölkəyə gələn əcnəbilərlə bağlı risk amillərini qiymətləndirmək və ölkəyə girişə icazə verməmək hüququna malikdir. Bu qərar Gürcüstanda yaşamaq icazəsinə sahib şəxslərə də şamil oluna bilər.

"Bundan əlavə, bildirmək istərdik ki, hətta güman edilən iştirak halında belə, nümayişlərdə iştirak edən əcnəbilər yüksək məbləğdə cərimə oluna bilər və Gürcüstana yenidən daxil olmaq üçün dərhal bu məbləği ödəmək tələb oluna bilər",
– deyə bəyanatda deyilir.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google