İranda "İsrail üçün casusluq"da ittiham olunan Pedram Mədəni edam
olunub. İnsan haqları təşkilatları bu işin "əsaslı" qüsurlarla dolu
olduğunu
və ittihamların məcburiyyət altında alınmış etiraflara
əsaslandığını qeyd ediblər.
Ölkənin ədliyyə sisteminə bağlı "Mizan" xəbər agentliyi mayın 28-də
bildirib ki, edam "İsrail üçün casusluq" və "qanunsuz yollarla
var-dövlət əldə etmə" ittihamlar əsasında həyata keçirilib.
Pedram 2020-ci ildə
İsrailə casusluq etməsi iddiası ilə həbs
olunub.
O, İnqilab Məhkəməsi tərəfindən "yer üzündə fəsad törətmək"
ittihamı ilə ölüm cəzasına məhkum edilib. Bu hökm Ali Məhkəmə
tərəfindən üç dəfə ləğv edilsə də, hər dəfə aşağı instansiya
məhkəməsi onu yenidən ölüm cəzasına məhkum edib.
2023-cü ilin Nobel Sülh Mükafatı laureatı, həbsdə olan iranlı
dissident Nərgiz Məhəmmədi P.Mədəninin anasının İran hakimiyyətinə
müraciət videosunu yayımlayıb. Videoda Mədəninin anası müəmmalar və
ciddi qüsurlarla dolu bu işin yenidən araşdırılmasını istəyir.
P.Mədəninin edam xəbəri "Human Rights Watch"un İran hakimiyyətinin
"dəhşətli edam dalğası" həyata keçirdiyi qeyd olunan hesabatından
cəmi bir gün sonra yayılıb. Hesabata görə, 2025-ci ilin əvvəlindən
İranda 478 nəfər edam edilib ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 75 faiz artım deməkdir.
"2025-ci ilin ilk beş ayında İran hakimiyyəti gündə orta hesabla
azı üç nəfəri edam edib. Hökumətin fərqli düşüncəyə qarşı amansız
repressiyaları və narkotik əleyhinə qəddar siyasəti nəticəsində
daha çox dissident və cəmiyyətdə marginal vəziyyətdə olan insanlar
qurbana çevrilir", – "Human Rights Watch"un icraçı direktoru
Federiko Borello bildirib.
"Edam dalğasının ləngiyəcəyinə dair heç bir əlamət görünmür. Bu
böhranın miqyası beynəlxalq ictimaiyyətin İran hökumətinə edamları
dərhal dayandırmaq və ölüm cəzasına moratorium tətbiq etmək üçün
təzyiq göstərməsinin nə qədər təcili olduğunu göstərir", – Borello
əlavə edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415