Avropa İttifaqı (Aİ) regionda Rusiyanın fəaliyyətinə qarşı cavab
tədbiri olaraq və mühüm dəniz infrastrukturunu qorumaq məqsədilə
Qara dəniz regionunda "təhlükəsizlik qovşağı" yaratmağı
planlaşdırır.
Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Türkiyə və Ukrayna ilə
daha sıx əməkdaşlıq qurmağı hədəfləyən geniş strategiyasının bir
hissəsi olan bu planı mayın 28-da Aİ-nin xaric siyasət rəhbəri Kaya
Kallas təqdim edib.
Avropa Komissiyasının saytında
məlumat verilib ki, Qara dəniz
regionu ilə bağlı yeni strategiya Avropanı Cənubi Qafqaz, Mərkəzi
Asiya və digər regionlarla birləşdirməklə əlaqələri və iqtisadi
inkişafı gücləndirməyi hədəfləyir:
"Rusiyanın Ukraynaya
qarşı apardığı təcavüzkar müharibə fonunda strategiya həm də Avropa
İttifaqının Qara dəniz regionunda etibarlı geosiyasi aktor kimi
mövqeyini möhkəmləndirməyə xidmət edəcək".
Bildirilib ki, Qara dənizdə Dəniz Təhlükəsizliyi Qovşağının
yaradılması təhlükəsizlik və müdafiəni gücləndirəcək, kritik
infrastrukturu qoruyacaq. Qovşağın harada yerləşəcəyi və ya hansı
ölkələrin daxil olacağı barədə detallar bəlli deyil.
Yeni strategiya nəqliyyat, enerji və rəqəmsal şəbəkələrin
inkişafını da nəzərdə tutur:
"Bu gün təqdim olunan
strategiya dayanıqlı inkişafı təşviq edəcək və Qara dəniz regionunu
Baltik, Aralıq dənizi, Cənubi Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiya
istiqamətində birləşdirən nəqliyyat, enerji, rəqəmsal və ticarət
dəhlizləri vasitəsilə iqtisadi rifahı
yüksəldəcək".
Avropa Komissiyası və Aİ-nin ali nümayəndəsi yeni strategiya
çərçivəsində əməkdaşlığı inkişaf etdirmək üçün tərəfdaş ölkələrlə
xüsusi Aİ nazirlərinin görüşünü təklif edib.
Yeni strategiyada hər hansı maliyyə vədləri və ya konkret
qanunvericilik təklifləri yoxdur.
Strategiyada insan
haqlarından bəhs edilmir
AzadlıqRadiosu "Avropa İttifaqının Qara dəniz regionuna strateji
yanaşması" adlı sənədi əldə edib.
AzadlıqRadiosunun Avropa regionu üzrə redaktoru Rikard Yozvyak
yazır ki, strategiya ilə bağlı sənəddə insan hüquqları qeyd
olunmayıb, diqqət üç əsas sahəyə yönəlib:
"təhlükəsizliyin gücləndirilməsi, inkişaf və rifahın
təşviqi, həmçinin ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyinə
qarşı dayanıqlılıq və hazırlıq".
Brüssel əvvəllər azad və ədalətli seçkilərin olmaması və ölkədə
vətəndaş cəmiyyəti üçün fəaliyyət sahəsinin daralmasına görə
Azərbaycana qarşı tənqidlər səsləndirirdi. Lakin indiki
strategiyada Bakı yalnız enerji əməkdaşlığı və iqlim dəyişikliyi
ilə mübarizə kontekstində qeyd olunur.
"Regional
tərəfdaşlarla, xüsusən də Azərbaycanla əməkdaşlıq Aİ-nin Rusiyanın
qalan enerji idxalını mərhələli şəkildə dayandırmaq, enerji
diversifikasiyasını sürətləndirmək və bununla da Aİ-nin enerji
təhlükəsizliyini gücləndirmək səylərini dəstəkləmək üçün vacib
tədbirlərdən biridir. COP29-a ev sahibliyini edən Azərbaycan
dekarbonizasiya və çoxşaxəli prosesə sadiqlik göstərmişdir ki, bu
da Aİ üçün əsas prioritetdir", - sənəddə qeyd
olunub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415