İrakli Kobaxidze: Bizim Qərb hələ də Macarıstan kimi ölkələrdə yaşayır
“Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze Macarıstanda keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) çıxış edib.

O, təxminən yeddi dəqiqə ərzində partiyasının Gürcüstanda istifadə etdiyi bütün əsas ritorikaları səsləndirib: LGBT “təbliğatı”, “dərin dövlət” (deep state), milli kimliyə qarşı mübarizə və Gürcüstanı Ukrayna müharibəsinə cəlb etmək cəhdləri barədə danışıb.

“Biz Qərblə mübahisə etmirik, çünki biz özümüz də Qərbin bir parçasıyıq – həqiqi Qərbin. Azadlıq inancının və ailə dəyərlərinin Qərbi – yoxsa elə

bir ‘dərin dövlətin’ yox, hansı ki, dünyanı heçə sayır və özünü hər şeyə hökm edən kimi təqdim edir.

Həqiqi, dəyərlərə əsaslanan Qərb – bizim Qərb – hələ də yaşayır. O, Macarıstan kimi ölkələrdə yaşayır. O, bütün Avropada və ondan kənarda milyonlarla insanın qəlbində yaşayır. O insanların qəlbində ki, artıq vətənlərini sevməyin bir günah olduğunu eşitməkdən yorulublar... Avropapərəst olmaq, gürcüyə qarşı olmaq demək deyil,”
– deyə Kobaxidze qeyd edib.

O, çıxışına Macarıstanın baş naziri Viktor Orban haqqında danışmaqla başlayıb və onu “fərqlənən lider” adlandırıb:

“Hər kəs Macarıstanın fərqlənən Baş naziri cənab Viktor Orbanı onun cəsarətinə və ölkəsinin azadlığı və milli maraqlarının müdafiəsi uğrunda apardığı kompromissiz mübarizəsinə görə tərifləməlidir. Biz gürcülər onun Gürcüstanın Avropa yoluna göstərdiyi əvəzsiz dəstəyi xüsusi olaraq yüksək qiymətləndiririk. Bu dəstəyə görə sizə çox sağ olun, cənab Orban.”

Kobaxidzenin çıxışı zalda iştirak edən auditoriya tərəfindən alqışlarla qarşılanıb.

“Amerika Mühafizəkarlar Birliyi” (ACU) 1974-cü ildən “Mühafizəkar Siyasi Fəaliyyət Konfransı”nı təşkil edir. Son dörd ildir bu konfransa Macarıstan ev sahibliyi edir. Kobaxidze bu tədbirdə ötən il də iştirak etmişdi.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google